"Cage The Elephant" solisti Mett Şultz qanunsuz silah saxladığına görə həbs edilib.
Axşam.az xəbər verir ki, mğənni Manhattanda yerləşən "Bowery" hoteldə qalarkən işçilərdən biri onun əlində silah gördüyünü deyib. Bundan sonra hüquq-mühafizə orqanları onun otağında 2 içi dolu tapança aşkar ediblər.
Polis Şultzun həbs olunarkən spirtli içkinin təsirində olduğunu bildirib. Onun 10 min dollarlıq girov müqabilində sərbəst buraxıldığı açıqlanıb.
Məsələ ilə bağlı məhkəmə fevralın 23-də baş tutacaq.