Şahzadə Harri kitabında əsl atasının kimliyindən yazıb

Şahzadə Harri kitabında əsl atasının kimliyindən yazıb
2549 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri anası Şahzadə Diana ilə sevgilisi, mayor Ceyms Hevittin övladı olması ilə bağlı iddialara son qoyub.

Axşam.az xəbər verir ki, Harri Diananın Ceymslə o dünyaya gələndən sonra tanış olduğunu bildirib. Şahzadə iddiaların yaranmasının əsl səbəbini Ceymsin qırmızı saçları ilə bağlı olduğunu deyib və bu şayiələri alçaldıcı adlandırıb.

Harri zarafatla etiraf edib ki, şayiələrdən xəbəri olub və hətta atasının kimliyindən əmin olmadığı anlar yaşayıb.

Bu barədə kitabında yazan şahzadə "Maqazin xəbərlərinin oxucuları Harrinin Şahzadə Çarlzın əsl oğlu olmaması fikrini çox sevirdi. Nədənsə həmin “zarafat” onları heç vaxt narahat etmirdi. İş o yerə çatdı ki, jurnalistlər onun DNT nümunələrini oğurlamağa və kral ailəsi ilə əlaqəsini qeyri-rəsmi şəkildə yoxlamağa çalışdılar" sözlərini qeyd edib.