Almaniyalı məşhur aktyor Lotar Blumhagen vəfat edib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi bu gün 95 yaşında Berlində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.
Qeyd edək ki, 1950-ci ildən karyerasına başlayanaktyor "Yay sevgisi", "Fridrix Şiller", "Varlığın həzzi", “Müdrik Natan”, “Varis”, “Fırtınadan əvvəl” kimi məşhur filmlərdə rol alıb.