Dünyaca məşhur pop ifaçı Madonna afrikalı uşaqların alveri, onların cinsi istismarı ilə məşğul olmaqda, həmçinin, homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunur.
Axşam.az xəbər veir ki, bu barədə "Weekly Blitz" məlumat yayıb.
Malavi xeyriyyə təşkilatı "Efiopiya Ümumdünya Federasiyası" dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.
Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi "Education Malawi" fondu olub. Təşkilatın vasitəsi ilə Avropa və ABŞ sakinləri afrikalı uşaqları övladlığa götürə bilibər.
“Uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyətə sövq edən hədələr, fırıldaqçılıq, aldatma, səlahiyyətdən sui-istifadə ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının Afrikaya girişi və ölkə uşaqlarına əlçatanlığı məhdudlaşdırılmalıdır" deyə, qurumun bəyanatında deyilir.
Təşkilat, həmçinin Madonnanı başqa qadın şəxslə ədəbsiz davranışda ittiham edərək, ölkədə belə hərəkətlərin qanunla cəzalandırıldığını qeyd edib.