Canlı yayım açıb ağladı

Canlı yayım açıb ağladı
2192 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyaca məşhur müğənni Cessi Ceyin son paylaşımı sosial media izləyicilərini kədərləndirib.

Axşam.az xəbər verir ki, ana olmağa hazırlaşan ifaçı çətin anlardan keçdiyini vurğulayıb.

"Özümü necə xəstə hiss etdiyimi izah edə bilmirəm" deyə, bildirən Cessi göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, müğənni 2020-ci ildə övladını itirib. Daha əvvəl həkimlər ona sonsuzluq diaqnozu qoymuşdular. Bundan başqa, Cessi menyer xəstəliyindən (nadir hallarda rastlanan ani başgicəllənmə, eşitmə itkisinə səbəb ola biləcək daxili qulaq xəstəliyi) əziyyət çəkdiyini açıqlayıb. O, basketbolçu Çanan Kolmanla münasibətdədir.