Məşhur ukraynalı aktyor Dmitri Linartoviç Donetsk vilayətinin Soledar şəhərində gedən döyüşlərdə ağır yaralanıb.
Axşam.az xəbər verir ki, aktyorun beyin silkələnməsi keçirdiyi bildirilib.
Hadisə yerindən təxliyə olunan zamanı Linartoviç "Unutmayın ki, biz Tanrının verdiyi torpaqdayıq. Biz heç vaxt məğlub olmayacayıq, qalib gələcəyik. Yaşasın Ukrayna!" deyə, vurğulayıb.
Qeyd edək ki, Rusiya ötən ilin fevralından Ukraynaya qarşı hərbi əməliyyatlar keçirir.