Türk xalq musiqisinin məşhur ifaçısı Burhan Çaçan vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. 62 yaşlı sənətçi İstanbuldakı evində dünyasını dəyişib.
Qeyd edək ki, B.Çaçan “Səfa gəldin”, “Mən yarıma nələr alayım?”, “İpək yaylıq”, “Ayaz gecələr”, “Yağ yağmur” və “Vurun dalğalar” adlı məşhur mahnıların ifaçısıdır.