Elvis Preslinin yeganə qızı vəfat etdi

Elvis Preslinin yeganə qızı vəfat etdi
2688 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və rok-n-roll kralı Elvis Preslinin yeganə övladı Liza Mari Presli vəfat edib.

Axşam.az xəbər verir ki, 54 yaşlı Liza Kaliforniyadakı evində huşsuz vəziyyətdə tapılıb. Onun ürəyi dayanıb, nəbzini bərpa etmək üçün ona adrenalin iynəsi vurulub. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Anası Prisilla Presley qızının vəfat etdiyini təsdiqləyib. "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı dəhşətli xəbəri böyük ağrı ilə bölüşməliyəm" deyə, o, bildirib.

Qeyd edək ki, Liza Mari Presli 1968-ci ildə anadan olub və Elvis qəfil öləndə 9yaşlı qız atasının sərvətinin yeganə varisi olub.