Türkiyəli aktrisa Doğa Rutkay donuz qripinə yoluxub.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. Vəziyyəti pisləşən aktrisa müalicəsini xəstəxanada davam etməli olub.
"Çox ağır xəstəlikdir. Koronavirusu şamla axtaracayıq. Üzümün gülməyinə baxmayın, halbuki ağrıdan, öskürək və ara-sıra gələn hərarətdən pərişan vəziyyətdəyəm" deyə, Doğa sosial media hesabında yazıb.
Qeyd edək ki, aktrisa sonuncu dəfə "Kırmızı oda" serialında rol alıb.
