İnsanlara hücum etməkdə və oğurluqda ittiham olunan "Fləş"in ulduzu, amerikalı aktyor Ezra Millerin məhkəməsi baş tutub.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmədə aktyor ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib.
Hakim Ezraya 90 günə qədər şərti cəza verib. Bununla yanaşı, aktyor 500 dollar cərimə olunub.
Qeyd edək ki, daha əvvəl Havay adalarında həbs edilən aktyor mayda boş evlərin birindən bir neçə şüşə spirt oğurlayarkən təhlükəsizlik kameralarına düşmüşdü.