Afradan keçmiş sevgilisi ilə bağlı növbəti addım

Afradan keçmiş sevgilisi ilə bağlı növbəti addım
3870 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Afra Saraçoğlu 4 illik münasibətini sonlandırdığı Mert Yazıcıoğlu ilə bağlı növbəti addımını atıb.

Axşam.az xəbər verir ki, aktrisa haqlarında çıxan "eyni evdə qalırlar, reklam üçün ayrılıblar" iddialarının ardından Mertlə birgə çəkdirdiyi fotoları hesabından silib.

Maraqlı nüanslardan bir digəri isə ikilinin bir-birini hələ də sosial media üzərindən izləməyə davam etməsi və Mertin Afra ilə fotolarını hələ də hesabında saxlaması olub.

Qeyd edək ki, bir müddət əvvəl çıxan xəbərlərdə Afranın hələ də keçmiş sevgilisi Mertlə eyni evdə yaşadığı ortaya çıxmışdı.

Aktrisanın hazırda rol aldığı "Yalı çapkını" serialındakı tərəf müqabili Mert Ramazanla münasibətdə olduğu iddia edilib