Xəbər verdiyimiz kimi, aparıcı Seren Serengil türkiyənin məşhur maqazin proqramlarından olan "Söylemezsem olmaz"ın heyətindən qalmaqallı şəkildə ayrılıb.
Axşam.az xəbər verir ki, Serenin yerinə keçəcək adın kimliyi bəlli olub. Belə ki, proqramda Sereni model Ebru Şancı Öztürk əvəzləyib. O, bu gündən etibarən verilişdə izləyicilərin qarşısına çıxıb.
Qeyd edək ki, verilişin digər aparıcıları Bircan Bali və Artodur. Bir müddət əvvəl Seren Bircanla canlı yayımda yaşadığı mübahisəyə görə xəstəxanalıq olmuşdu.
Onu da qeyd edək ki, Ebru futbolçu Alpaslan Öztürklə ailəlidir.