Qalmaqallardan sonra məşhur proqramdan ayrıldı - Foto

Qalmaqallardan sonra məşhur proqramdan ayrıldı - Foto
4430 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur maqazin proqramlarından olan "Söylemezsem olmaz"ın heyətində dəyişiklik edilib.

Axşam.az xəbər verir ki, verilişin aparıcılarından olan Seren Serengil layihədən ayrılıb. Bu barədə o, sosial media hesabında yazıb.

“Uzun müddətdir davam edən bəzi hadisələr fonunda bu gün (ötən gün) sonuncu dəfə proqramda iştirak etdim. Proqramdakı digər şərhçilər və prodüserlər tərəfindən məruz qaldığım sözlü psixoloji şiddət və zorakılıq səbəbindən şəxsi hüquqlarımın, ictimaiyyət qarşısındakı etibarımın, adımın marka dəyərinin və izləyicilərin qarşısındakı varlığımın daha çox zərər görməməsi üçün bu addımı atmaq məcburiyyətindəyəm" deyə, bildirən Seren yollarını proqramla tamamilə ayırdığını vurğulayıb.  

Qeyd edək ki, verilişin digər aparıcıları Bircan Bali və Artodur. Bir müddət əvvəl Seren Bircanla canlı yayımda yaşadığı mübahisəyə görə xəstəxanalıq olmuşdu.