Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni Şakira yeni təqdim olunan klipində eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pikeyə söz atıb.
Axşam.az xəbər verir ki, ifaçı mahnıda Pike ilə ayrıldıqdan sonra qayınanası Montserrat Bernabeunı ona qonşu kimi "hədiyyə" qoyduğunu vurğulayıb. O, bir gün evinin eyvanında böyük cadugər gəlinciyi qoyaraq qayınanasına işarə edib.
"Marca" nəşrinin məlumatına görə, Şakira bununla da kifayətlənməyib. O, hazırda keçmiş qayınanasını görməmək üçün evləri arasında divar çəkdirməyə başlayıb. Bildirilib ki, artıq Barselonadakı mülkün yaxınlığında betonqarışdıran maşınlar görünüb.
Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb Pikenin ifaçıya xəyanət etməsi olub. Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.