"Rep kralı" xərçəngin qurbanı oldu

"Rep kralı" xərçəngin qurbanı oldu
1063 dəfə oxunub
  • A-
  • A
  • A+

"Rep kralı" ləqəbi lə tanınan Bernard Qrin vəfat edib.

Axşam.az xəbər verir ki, uzun müddət prostat xərçəngindən əziyyət çəkən amerikalı reper Almaniyanın Visbaden şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, o,1990-cı ildə ilk "Rap To The World", bir il sonra isə Almaniya, Avstriya, Yeni Zelandiya və ABŞ-da hitə çevrilən "This Beat Is Hot" mahnısını təqdim edib. O, daha sonra "The Power of Rhythm" adlı ifası ilə yenidən öz rekordunu yeniləyib.

2000-ci illərin ortalarında Qrin musiqi fəaliyyətini dayandıraraq Almaniyada muzeydə işləməyə başlayıb.