Pike Şakiradan ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə foto paylaşdı

Pike Şakiradan ayrıldıqdan sonra ilk dəfə yeni sevgilisi ilə foto paylaşdı
2014 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli müğənni Şakiranın eks-sevgilisi, "Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike son paylaşımı gündəm olub.

Axşam.az xəbər verir ki, 35 yaşlı Pike sosial media hesabında yeni sevgilisi 23 yaşlı Klara Çia ilə olan fotosunu yayımlayıb.

Şəkil qısa müddətdə izləyicilərin diqqətini çəkib və müzakirələrə səbəb olub. 12 saat ərzində paylaşıma 2 milyondan çox bəyənmə, 457 mindən çox isə şərh gəlib.

İzləyicilərin çoxu onu tənqid edib.

Qeyd edək ki, Pikenin xəyanətinə qədər o Şakira ilə 11 münasibətdə olub. Onların iki oğlu var - 9 yaşlı Milan və 7 yaşlı Saşa.