Qadınlar üçün açdığı xeyriyyə fondunu bağladı

Qadınlar üçün açdığı xeyriyyə fondunu bağladı
1673 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın hər yerində insanlara humanitar yardım göstərən Hollivud ulduzu Ancelina Coli zorakılıqdan əziyyət çəkən qadınlara dəstək olmaq üçün açdığı xeyriyyə fondunu bağlayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın yaşadığı maliyyə çətinlikləri olub. Hazırda fondun hesabında cəmi 53 min funt sterlinq qalıb. Bundan əlavə, şirkətin kreditorlara daha 1,5 min funt sterlinq borcu var.

Qeyd edək ki, Coli təşkilatı 2015-ci ildə Britaniyanın keçmiş xarici işlər naziri Uilyam Heyq ilə birlikdə yaratmışdı. Aktrisa xeyriyyə fonduna təxminən 1,7 milyon funt sterlinq sərmayə qoymuşdu.