Xəbər verdiyimiz kimi, “Hilton” hotellər şəbəkəsinin varisi, müğənni, model Peris Hilton ötən həftə ana olduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, ifaçı oğlunun adını və dəqiq doğum tarixini açıqlamasa da bəzi detallar bəlli olub. 41 yaşlı Peris övladı dünyaya gəlməzdən əvvəl ona xərcləri 1 milyon dollara başa gələn otaq hazırladıb. "Life and Style"ın məlumatına görə, o, bu işə Los-Ancelesdəki ən yaxşı dizaynerləri cəlb edib. Otaqla yanaşı əlavə geyinib-soyunmağa otağı da ayrıldığı yayılan məlumatlar arasında yer alıb.
Qeyd edək ki, müğənni ötən il iş adamı Karter Reumunla ailə qurub.