Nihat Doğanın ifasını lağa qoydu - Video

Nihat Doğanın ifasını lağa qoydu - Video
3591 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son günlər trendə çevrilən "Antidepresan" mahnısını bu dəfə müğənni Nihat Doğan ifa edib.

Axşam.az xəbər verir ki, "2-ci sayfa" proqramında qonaq olan Nihatın canlı ifası birmənalı qarşılanmayıb. İzləyicilər sosial media seqmentində ifanı sərt tənqid ediblər.

Mahnının səsləndirilməsinə münasibət bildirənlərdən biri də aktyor Murat Yıldırım olub. O, Nihatın ifasında mahnıya qulaq asdığı anları yumor formasında lentə alaraq paylaşıb. Aktyor bundan sonra depressiyaya düşdüyünü bildirib.

Qeyd edək ki, Murat hazırda "Teşkilat" serialında rol alır.