Dostlarına milyonlar bağışladı

Dostlarına milyonlar bağışladı
2002 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Corc Kluni atdığı addımla diqqətləri üzərinə toplayıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı aktyor 14 dostuna 1 milyon dollar pul verib. Kluni onlarla çox yaxın olduğu üçün bunu etdiyini bildirib:

"İllərlə köməyə ehtiyacım olanda mənə yardım etdilər. Hamımız çox yaxşı dostuq. Mən öləndə hamısının vəsiyyətimin içində olacağını düşündüm. Sonra niyə ölməyi gözləyirəm ki, dedim".