"Wednesday" vəfat etdi

"Wednesday" vəfat etdi
1238 dəfə oxunub
  • A-
  • A
  • A+

“Addams family” (1964-1966) serialında "Wednesday Addams" obrazını canlandıran amerikalı aktrisa Liza Lorinq vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisanın qızı məlumat yayıb. Onun sözlərinə görə, Lorinq 65 yaşında Kaliforniyada xəstəxanaların birində yüksək qan təzyiqinin səbəb olduğu insultdan sonra vəziyyətinin ağırlaşması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, Lorinq sözügedən serialda 6 yaşında olarkən məşhur obrazı canlandırıb. O, karyerası ərzində 20 film və serial rol alıb. Onun sonuncu layihəsi 2015-ci ildə ekranlara çıxan “Doktor Spin” filmi olub.