“Avroviziya-2023”də səhnə belə olacaq - Fotolar

“Avroviziya-2023”də səhnə belə olacaq - Fotolar
724 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsinin səhnə görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi hesabında paylaşım edilib. 

Bildirilib ki, 450 kvadratmetrdən çox səhnəsi olan ərazinin 220 kvadrat metri müstəqil hərəkət üçün ayrılıb. Məkan dönən video ekranları, həmçinin döşəməyə inteqrasiya olunmuş 700-dən çox video plitələri və 1500 metrlik LED işıqları özündə birləşdirir.

Xatırladaq ki, bu il ürəklərin birlikdə döyünməsini əks etdirən loqoya uyğun şüar kimi "Musiqi ilə birləşmə" ("United by Music") seçilib.

Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukraynanı təmsil edən "Kaluş" qrupu olub. Ölkədəki müharibə səbəbindən yarışma bu il Britaniyada keçiriləcək.

Mayın 9-u və 11-də müsabiqənin yarımfinalları, 13-də isə final mərhələsinin keçirilməsi nəzərdə tutulub.