Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası olub.
Axşam.az xəbər verir ki, tamaşanı izləyənlər arasında dövlət rəsmiləri, teatr xadimlərinin, incəsənət adamları yer alıblar.
Rus bölməsində hazırlanan maraqlı tamaşadan sonra teatrın simfonik orkestrinin müşayiəti ilə Polad Bülbüloğlu ifalar təqdim edib. Xalq artisti 78 yaşını da səhnədə qeyd edib.
Həm premyera, həm də ad günü münasibətilə qonaqlar Bülbüloğlunu təbrik ediblər.
Qeyd edək ki, tamaşanın libretto və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenko da tamaşaçılar arasında olub.