Dünyaşöhrətli Azərbaycan bəstəkarı, pedaqoq, SSRİ Xalq artisti, akademik Qara Qarayevin doğum günü münasibətiylə xatirəsi yad edilib.
Axşam.az xəbər verir ki, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana yollanaraq onun məzarını ziyarət ediblər.
Tədbirdə Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək bəstəkarın yaradıcılığından söhbət açıblar.