Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ailəsindən xəbər ala bilməyənlərdən biri də türk-hollandiyalı müğənni Karsu Dönmezdir.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. Karsu xəbər ala bilmədiyi ailə üzvlərinin Hatay bölgəsində itkin düşdüyünü və orada axtarış işlərinin daha çətin olduğunu vurğulayıb.
İfaçı saha sonra nənəsi və əmisinin tapıldığını desə də, bəzi qohumlarından hələ də xəbər ala bilmədiklərini açıqlayıb.