Xəbər verdiyimiz kimi, Türkiyədə fevralın 6-sı baş verən güclü zəlzələ nəticəsində ölkənin bir çox şəhərində binalar çöküb.
Axşam.az-ın məlumatına görə, bir çox xəbər agentliyi təbii fəlakətin baş verdiyi ərazilərdəki dağıntıları dronlar vasitəsi ilə lentə alıb. Kahramanmaraş, Malatya və Hatayda lentə alınan fotolarda axtarış-xilasetmə işlərinin görüntüləri də əks olunub.
Qeyd edək ki, son açıqlanan rəsmi açıqlamaya görə, zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.