"Ailələrin yaşadığı acını təsəvvür etmək çox çətindir" - Ancelina Coli

"Ailələrin yaşadığı acını təsəvvür etmək çox çətindir" - Ancelina Coli
1915 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli Türkiyə və Suriyada baş verən zəlzələnin ağır nəticələri bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, aktrisa zəlzələ qurbanlarına yardımla bağlı izləyicilərinə çağırış edib.

"Ürəyim Türkiyə və Suriya xalqı ilədir. Hazırda ailələrin yaşadığı acını təsəvvür etmək çox çətindir. Ümid edirəm başqalarına kömək edərsiniz, beləcə onlar da xilasetmə işlərinə davam edərlər" deyə, aktrisa yazıb. 

Colinin paylaşımında dağıntılar altında qalaraq həyatını itirən 15 yaşlı qızının əlindən tutan atanın, 2011-ci ildə ziyarət etdiyi Hatayın fəlakətdən sonrakı görüntüləri və Suriyadakı xilasetmə işlərindən olan kadrlar yer alıb.