Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları "Türkiyə tək ürək" adlı ortaq yayım ediblər.
Axşam.az xəbər verir ki, yayım zamanı fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin yaratdığı dağıntılarda əziyyət çəkənlər üçün ianə toplanıb.
Türk mediası ötən gecə yığılan məbləği açıqlayıb. Türkiyənin ən məşhur simalarının yer aldığı kampabiyada şirkətlər, məşhur simalar müxtəlif məbləğdə ianələr ediblər.
Studiyaya gələn zənglər vasitəsiylə 115 milyard 146 milyon 528 min lirə (10 milyard manatdan çox) toplanıb. Mesajlardan isə ümumilikdə 9 milyon 10 min lirə yığılıb.