Ən çox dağıntıların olduğu bölgədə bu 2 yer zərər görmədi

Ən çox dağıntıların olduğu bölgədə bu 2 yer zərər görmədi
1422 dəfə oxunub
  • A-
  • A
  • A+

Hatayın Samandağ bölgəsində tarixi "Dünyanın əllə düzəldilən ən böyük tuneli" adlandırılar Titus tuneli ilə Beşikli Mağarası zəlzələdə heç bir zərər görməyib.

Axşam.az xəbər verir ki, 2 mindən çox yaşı olan tarixi tikililərin zəlzələnin ən çox ziyan vurduğu bölgədə sağlam qalması hər kəsi təəccübləndirib. Məscidlərin, kilsənin də dağıldığı bölgədə iki tarixi yerin qalması müzakirələrə səbəb olub. 

Roma imperatoru Vespasianın dağdan gələn suları əngəlləmək üçün inşa etdirdiyi Titus tunelin yüksəkliyi 7 metr, uzunluğu isə 1380 metredir. Onun əsirlər tərəfindən ancaq çəkic istifadə edilərək düzəldiyi bildirilib.  

Tunellə eyni dövrdə qayaların içərisi oyularaq düzəldilən Beşikli Mağaranın yer aldığı şəhər qədimdə "ölülər şəhəri" adlandırılıb.