ATU-nun bir qrup əməkdaşı təşəkkürnamə alıb - Fotolar

ATU-nun bir qrup əməkdaşı təşəkkürnamə alıb - Fotolar
737 dəfə oxunub
  • A-
  • A
  • A+

İran İslam Respublikasında Azərbaycanın səfirliyinə edilən hücum zamanı bir şəhidimiz və yaralılarımız olub. Həmin yaralılarımızın həyatını xilas edib ölkəmizə gətirilməsi üçün Azərbaycan Tibb Universitetindən (ATU) 6 nəfərdən ibarət həkim qrupu hazırlanaraq hadisə yerinə göndərilib.

Axşam.az xəbər verir ki, universitetdən verilən məlumata görə, onların içərisində reanimatoloq, ortapedik travmotoloq, üz-çənə və ümumi cərrahlarımız olmaqla həkim qrupu hazırlanıb və dövlətimizin tapşırığı ilə İrana göndərilib. Orada öz həyatı bahasına risqə atılaraq səfirlikdə olan yaralılara təcili tibbi yardım göstərərək onların Azərbaycana gətirilməsində çox böyük fədəkarlıq göstəriblər.

Onların bu əməyi Azərbaycan Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin rektorluğu və Həmkarlar İttifaqı tərəfindən yüksək qiymətləndirilərək təşəkkürnamə hazırlanaraq təltif ediliblər.