Bu dəfə "ən yaxşılar" onlar oldu - Fotolar

Bu dəfə "ən yaxşılar" onlar oldu - Fotolar
1005 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün "BAFTA" mükafatı qaliblərinə təqdim olub.

Axşam.az xəbər verir ki, "Qərb cəbhəsində hər sakitdir” "Ən yaxşı dram filmi" nominasiyasında mükafata layiq görülüb. Ekran işinin rejissoru Edvard Berger "Ən yaxşı rejissor mükafatını" qazanıb. Bundan əlavə, film səsi və musiqi nominassiyalarında da mükafata layiq görülüb.

“Ən yaxşı aktrisa” nominasiyasında mükafat “Tar”da rol alan avstraliyalı aktrisa Keyt Blanşetə təqdim olunub. “Ən yaxşı aktyor” nominasiyasında mükafat “Elvis” filmində mərhum müğənni Elvis Preslini canlandıran amerikalı aktyor Ostin Batlerə verilib.

Kanadalı rejissor Deniyel Royerin “Navalnı” filmi “Ən yaxşı sənədli film” nominasiyasında mükafat qazanıb.

Londonda baş tutan gecədə qırmızı xalça üzərində obyektivlərə Keyt Blanşett, Rozi Hantinqton-Uaytli, Culian Mur, Anya Teylor-Coy, Florens Pyu, Lili Ceyms, Kolin Farrell, Brendan Freyzer, Pol Meskal kimi məşhurlar poz verib.