Əməkdar artist ürək əməliyyatından sonra ilk dəfə

Əməkdar artist ürək əməliyyatından sonra ilk dəfə
1064 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Vahid Əliyev keçirdiyi əməliyyatdan sonra ilk dəfə efirə çıxıb. 

Axşam.az xəbər verir ki, ürəyində problem olan aktyor "Elgizlə izlə" verilişinə qatılıb. 

"Həkimlər məni ayağa qaldırdılar. Dörd damarı dəyişdirmək nə deməkdir. Bir də həyat yoldaşıma təşəkkür edirəm, mənə yaxşı baxdı" deyə, V.Əliyev bildirib. 

Qeyd edək ki, ötən ilin dekabrında aktyor ürəyində ağrılar hiss edib və xəstəxanaya yerləşdirilib. Ona infarkt diaqnozu qoyulub və ürəyində 3 damarın da tıxandığı bildirilib.