Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil olunub.
Axşam.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən gecədə qonaqlar xanəndənin yaradıcılığından bəhs ediblər. Tədbirdə Xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları yer alıblar.
Musiqili gecədə Arif Babayevin tələbələri yubilyarın repertuarından əsərlər təqdim ediblər.
Foto: İlqam Cəbiyev