Ötən gün Los-Ancelesdə 29-cu "Screen Actors Guild Awards" mükafatları sahiblərinə təqdim olunub.
Axşam.az xəbər verir ki, mükafatın əsas qalibləri Mişel Yeoh və Brendan Freyzer olub.
Qaliblərinin siyahısı belədir:
Dram serialında "Ən yaxşı aktyor heyəti" - "Ağ lotus"
Bədii filmdə "Ən yaxşı aktyor heyəti" - "Hər şey, hər yerdə"
Komediya serialında "Ən yaxşı aktyor heyəti" - "Abbott elementary school"
"Ən yaxşı aktrisa" - Mişel Yeo, "Hər şey, hər yerdə"
"Ən yaxşı aktyor" - Brendan Freyzer, "Balina"
"Miniserialda ən yaxşı aktrisa" - Cessika Çesteyn, "Corc və Tammi"
"Miniserialda ən yaxşı aktyor" - Sem Elliot, "1883"
"Komediya serialında ən yaxşı aktrisa" - Cin Smart, "Hiyləgər"
"Komediya serialında ən yaxşı aktyor" - Ceremi Allen Uayt, "Ayı"
"Ən yaxşı ikinci plan aktrisası" - Ceymi Li Körtis, "Hər şey, hər yerdə"
"Ən yaxşı ikinci plan aktyoru" - Ke Huy Kuan, "Hər şey, hər yerdə"
"Dram serialında ən yaxşı aktrisa" - Cennifer Kulidc, “Ağ Lotus”
"Dram serialında ən yaxşı aktyor" - Ceyson Beytman, "Ozark"