"Canımda can olduqca, səni sevəcəyəm" - Fotolar

"Canımda can olduqca, səni sevəcəyəm" - Fotolar
3080 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva qızı Selena ilə obyektiv qarşısına keçib.

Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu vurğulayıb. Şəkilləri izləyiciləri ilə bölüşən Ayan Selena ilə bağlı arzularını yazıb:

"Selena, səninlə keçən hər saniyə, sağlam dəqiqə üçün şükr edirəm. Dünyamız o qədər güvənsiz olub ki, artıq sabaha yox, heç bu günə güman yoxdur. Sənə hər zaman verdiyim bir söz var idi: Həmişə yanında olacağam. İndi isə bir söz deyirəm: Mənim ürəyimin yarısı, canımın parası, Allah səni, bütün balaları pis, vicdansız, mərhəmətsiz insanlardan qorusun, Tanrı səni gözəl bəndələri ilə qarşılaşdırsın, ağıllı qızım. Ürəyin necədirsə, bəxtin də o cür olsun. Sənə də bir söz verə bilərəm, canımda can olduqca, səni sevəcəyəm, qoruyacağam. Yaxşı ki, varsan, ad günün mübarək".