Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs Los-Ancelesdəki malikanəsini satıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi ötən ilin iyununda aldığı evi 10 milyon dollar qarşılığında yeni sahibinə təqdim edib.
Sənətçinin yanvarda 12 milyon dollara satmaq istədiyi bu villa 2008-ci ildə tikilib.
1077 kvadratmetr ərazini əhatə edən evin içində altı yataq, doqquz vanna, iş və yemək otağı, hovuz, kinoteatr və peşəkar texnikası olan mətbəx var.
Sənətçi hazırda həyat yoldaşı Sem Askeri ilə birlikdə satdığı əmlakının yaxınlığındakı bir evə köçüb.