Britni Spirs həyat yoldaşını döyüb evdən qovdu

Britni Spirs həyat yoldaşını döyüb evdən qovdu
816 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər veridiyimiz kimi, adını River Red olaraq dəyişdirən müğənni Britni Spirsin həyat yoldaşı Sem Asqari ilə münasibətlərində problem yarandığı iddia olunub.

Axşam.az xəbər verir ki, növbəti iddialardan birinə görə isə Britni ilə həyat yoldaşının arasında ciddi mübahisə düşüb və müğənni Semə yumruqla hücum edib. Evdə yaranan səs-küy səbəbindən qonşular təhlükəsizlik xidmətini çağırıb. Müğənni daha sonra ərini evdən qovub.

Xarici mediada yer alan məlumatlara görə, Britninin psixi sağlamlığında ciddi problemlər var və o, antidepressantlar qəbul edir.

Hazırda ifaçı demək olar ki, sosial media hesabından istifadə etmir və bu səbəbdən pərəstişkarları onun vəziyyətindən xəbərsizdir. Sem isə yalnız 4 gün əvvəl Britni ilə olan şəklini paylaşıb.

Qeyd edək ki, ötən ilin yayında ailə quran cütlük yanvarda restoranların birində mübahisə etmişdi. Sem ifaçını sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmiş və məkanı tərk etmişdi.