"Star" kanalında yayımlanan "Yüz yıllık mucize" serialı final edəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi 13-cü seriyada izləyicilərə vida edəcək. Buna səbəb isə layihənin reytinqlərdə uğur qazanmaması olub.
Qeyd edək ki, serialın baş rollarını Ebru Şahinlə Birkan Sokullu paylaşır.