Böyük Britaniyanın vəliəhd şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl avtomobil qəzası keçirib.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, hadisə cütlük jurnalistlərdən qaçarkən baş verib. Onlar zəncirvari qəzaya düşüblər.
Harri və Meqanın yaxınları qəza xəbərini təsdiq ediblər. Hazırda onların vəziyyətinin necə olduğu barədə məlumat verilməyib.