Elvis Preslinin ailə üzvləri arasındakı məhkəmə bitdi

Elvis Preslinin ailə üzvləri arasındakı məhkəmə bitdi
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum müğənni Elvis Preslinin ailə üzvləri arasındakı qalmaqallı miras davası sona çatıb.

Axşam.az xəbər verir ki, rok-n-roll kralının yeganə övladı, 54 yaşlı Liza Marinin qəfil ölümündən sonra mirasın kimə qalacağı müzakirə yaradıb.

Liza ölümündən əvvəl yazdığı vəsiyyəti üzrə mirasını qızı Rayli Kioya buraxsa da, anası Priscilla Ann Presley buna etiraz edib. O, vəsiyyətin etibarsız olduğunu, adının orada səhv yazıldığını, bu barədə ona əvvəlcədən məlumat verilmədiyini, həmiçinin, 2016-cı il yazılan vəsiyyətə görə, mirasın qızı Rayli və oğlu Benjamin Kio arasında ortaq bölündüyünü bildirərərk, məhkəməyə müraciət edib. 

Ötən günlərdə baş tutan məhkəmədə tərəflər razılığa gəlib. Məhkəmə prosesi haqda geniş məlumat isə ictimaiyyətə açıqlanmayıb.