Elvis Preslinin yanında dəfn olunma istəyi ilə bağlı qərar verildi

Elvis Preslinin yanında dəfn olunma istəyi ilə bağlı qərar verildi
1136 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Priscilla Ann Presleyin mərhum keçmiş həyat yoldaşı, müğənni Elvis Preslinin yanında dəfn olunma istəyi rədd edilib.

Axşam.az xəbər verir ki, buna səbəb Elvis Preslinin Qreyslend qəbiristanlığında valideynləri arasında dəfn edilməsi olub. Belə ki, Priscilla onun yanında dəfn olunarsa, mərhumun valideynlərindən birinin məzarı başqa yerə köçürülməli olacaqdı.

Rədd cavabı aldıqdan sonra aktrisa istəyində israr etməyib.

Qeyd edək ki, rok-n-roll kralının yeganə övladı, 54 yaşlı Liza Marinin qəfil ölümündən sonra ailə üzvləri arasında miras davası başlayıb. Ötən günlərdə baş tutan məhkəmədə tərəflər arasında razılaşma əldə edilib.