Rusiyanın Daxili İşlər Nazirliyi rus aktyor Aleksey Panini axtarışa verib.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, onun barəsində terrora haqq qazandırmaq maddəsi ilə cinayət işi başlanıb.
Buna səbəb aktyorun ötən ilin oktyabrında Krım körpüsündə baş verən partlayışla bağlı yayımladığı paylaşım olub.
Panin əvvəlcə federal, sonra isə beynəlxalq axtarışa veriləcəyi bildirilib. Aktyoru 7 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, sənətçi Rusiyada yaşamır, 2020-ci ildə İspaniyaya köçüb.