Priyanka Keyt Middltonu təhqir etdi

Priyanka Keyt Middltonu təhqir etdi
1755 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın vəliəhd şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın dostu, hind aktrisa Priyanka Çopra çəkildiyi serialda Şahzadə Uilyamın həyat yoldaşı şəhzadə Keyt Middltona söz atıb.

Axşam.az xəbər verir ki, "Amazon"un serialı "The Citadel"də rol alan aktrisa 3-cü bölümdə Şahzadənin adını çəkərək “Silahlı Qüvvələrin Ali Baş Komandanı? Siz də məndən Kembric hersoginyasının ayaqları arasından necə keçəcəyimi soruşa bilərsiniz!” deyə, ifadə işlədib.

Xarici mediada yer alan məlumatlara görə, aktrisanın öncədən ssenaridə Middlton haqqında kobud ifadənin yer almasından xəbəri olub.

Qeyd edək ki, ötən il Kraliça II Elizabetin ölümündən sonra Middlton Uels Şahzadəsi adına layiq görülsə də, serialın çəkilişləri zamanı o, hələ də Kembric hersoginyası tituluna sahib idi.

Çopra və Markl illərdir yaxın dostdur. Aktrisa 2018-ci ildə Marklla Harrinin toyunda da iştirak edib.