"Yürek çıkmazı"nın aktyoru müqavilə şərtlərini pozdu

"Yürek çıkmazı"nın aktyoru müqavilə şərtlərini pozdu
658 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yürek çıkmazı" serialının çəkilişlərində problem yaranıb.

Axşam.az xəbər verir ki, "Kıvanç" obrazını canlandıran aktyor Cemal Toktaşın meneceri "TRT 1"də yayımlanan serialın final qərarı verilmədən və çəkilişlərin bitməsinə hələ 2 bölüm qaldığı halda yeni müqaviləyə imza atıb.

Cemalın artıq "Dönence" serialının çəkilişlərinə qatılması onun əvvəlki müqavilənin şərtlərinə əməl etməmisi kimi qiymətləndirilib. Yayım şirkətinin aktyordan şikayətci olacağı istisna edilməyib.