Xəbər veridyimiz kimi, türkiyəli aktrisa Demet Özdemirlə keçmiş həyat yoldaşı, müğənni Oğuzhan Koç ayrılıb.
Axşam.az xəbər verir ki, aktrisa ötən gün Oğuzhanın evindən çıxarkən görüntülənib. O, müxbirlərin suallarını belə cavablayıb:
"Bir neçə əşyam qalmışdı, onları götürməyə gəlmişdim. Aramızdakı münasibətə xələl gəlməyib. Onunla nə danışdığımla bağlı suallarınızı cavablandıracağımı düşünmürsünüz yəqin".
Qeyd edək ki, Demet və Oğuzhan ötən ilin avqustunda nikah masasına oturmuşdu. İkili mayın 8-də rəsmən boşanıb.

