Ceff Bezos ikinci dəfə evlənir

Ceff Bezos ikinci dəfə evlənir
772 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezos evlənir. 

Axşam.az xəbər verir ki, biznesmen sevgilisi Lauren Sançezə yeni super yaxtasında gəzinti zamanı evlilik təklifi edib.

Xarici mediada yer alan məlumata görə, Bezos sevgilisinə brilyant qaşlı üzük hədiyyə edib.

Qeyd edək ki, Bezos daha əvvəl Makkenzie Skottla evli olub. İkili 25 il evli qalıblar və 2019-cu ildə boşanıblar. Onların dörd övladı var. Ayrılığa səbəb Bezosun Lauren Sançezlə ona xəyanət etməsi olub. 

Boşandıqdan sonra Bezos keçmiş arvadına "Amazon" səhmlərinin bir hissəsini verib, bu da onu dünyanın ən zəngin qadınlarından biri edib.

Lauren isə iki dəfə ailə qurub. Onun üç övladı var.

Onu da qeyd edək ki, Bezos yeni 500 milyon dollarlıq (850 milyon 983 min 870 manat) yaxtasına Laurenin heykəlini qoydurub.