Hollivud ulduzu Arnold Şvartseneqqer "Netflix"də işə başlayıb.
Axşam.az xəbər verir ki, 75 yaşlı aktyor platformanın aksion direktoru təyin edilib. Bu barədə qurumun yayımladığı video çarxda bəlli olub.
Videoda Şvartseneqqer tankla "Netflix" ofisinə yaxınlaşır və yeni vəzifəsini elan edir, işləyəcəyi kabineti paylaşır.
Qeyd edək ki, aktyor bir müddət Kaliforniya ştatının qubernatoru vəzifəsində də çalışıb.