Vatsapda bunu etmək üçün 15 dəqiqəniz olacaq

Vatsapda bunu etmək üçün 15 dəqiqəniz olacaq
1527 dəfə oxunub
  • A-
  • A
  • A+

Vatsap növbəti yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, artıq platforma istifadəçiləri qarşı tərəfə göndərdikləri mesajlarda səhv buraxdıqları zaman buna düzəliş edə biləcəklər.

Belə ki, əvvəl yazılmış söz və ya göndərilən emojidə səhv olarkən mesajı silməyə və yenidən yazmağa ehtiyac duyulurdusa, artıq buna gərək qalmayacaq. İstifadəçilərə bunun üçün 15 dəqiqə vaxt veriləcək. Bu vaxt ərzində səhv yazılan mesajın üzərinə basaraq müvafiq bölməni seçib düzəliş edə bilinəcək.