Türkiyəli aktyor Kənan İmirzalıoğlu həyat yoldaşı aktrisa Sinem Koballa evlilikləri barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan aktyor həyat yoldaşına ilk görüşə aşiq olmadığını açıqlayıb:
"İlk görüşdə deyildi, amma eşq evliliyi etmişəm. 40 yaşımdan sonra təkrar aşiq ola biləcəyimə əmin deyildim. Dördüncü görüşümüzdə söhbət etdiyimiz zaman ruhən vuruldum ona".
Qeyd edək ki, cütlüyün iki qız övladı var.