Tina Törner vəfat etdi

Tina Törner vəfat etdi
3109 dəfə oxunub
  • A-
  • A
  • A+

Rokun kraliçası adlandırılan dünyaca məşhur müğənni Tina Törner vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə müğənninin nümayəndəsi məlumat yayıb.

O bildirib ki, 83 yaşlı sənətçi uzun sürən xəstəlikdən sonra İsveçrədə yerləşən evində dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə il əvvəl insult keçirən sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Səkkiz "Qremmi" mükafatının sahibi olan Tina Törner "Lets stay together", "The best", "Proud mary", "Private dancer" və "Whats love got to with it" kimi hitləri ilə məşhurlaşmışdı.  .